AZ

“Atletiko”nu Meksika klubuna dəyişdi

“Atletiko”nun futbolçusu Anxel Korrea klubunu dəyişib.

Msport.az xəbər verir ki, Argentina millisinin üzvü Meksikada oynayacaq.

30 yaşlı yarımmüdafiəçi “Tiqres”ə keçib. Korrea ilə 5 illik müqavilə imzalanıb. “Tiqres” onun transferi üçün La Liqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Anxel Korrea 2021-ci ildən “Atletiko”da çıxış edirdi.

Seçilən
3
6
msport.az

7Mənbələr