AZ

Ağdərənin kəndlərində yaşayış evlərinin təmirinə başlanılır - 4,9 milyon manatlıq LAYİHƏ

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq vəyenidənqurma işləri mərhələli şəkildə uğurla davametdirilməkdədir.

Trend-inməlumatına görə, bu işlərin davamı kimi Ağdərə rayonunun Çıldıran,Çapar və Heyvalı kəndlərində bir sıra yaşayış evlərinin cari təmiriişləri həyata keçiriləcək.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərəyekun vurub.

Dövlət xidməti Çıldıran kəndində yaşayış evlərinin təmirini"Araz İnşaatçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edibvə müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 1 288 552 manatödənilib.

Çapar kəndində isə yaşayış evlərinin təmirini “Tutto Bello"şirkəti aparacaq. Belə ki, bunun müqabilində dövlət xidməti iləşirkət arasında dəyəri 1 706 646 manat olan müqavilə bağlanıb.

Eyni zamanda, dövlət xidməti Heyvalı kəndində bir sıra yaşayışevlərinin təmiri işlərini "Fərid-inşaat" firmasına həvalə edib vədəyəri 1 871 954 manat olan müqavilə bağlayıb.

Sözügedən kəndlər hazırda Azərbaycan Respublikasının Kəlbəcərrayonunun inzibati ərazisindədir. 1993-cü ildə qeyd edilən kəndlərErmənistan silahlı qüvvələri tərəfindən işğal edildi və Rusiyasülhməramlıları nəzarətinə keçdi. 2023-cü ilin sentyabrındaAzərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində kəndlərAzərbaycan nəzarətinə qaytarıldı.

Kəndlər 2023-cü ildə yenidən yaradılan Ağdərə rayonununtərkibinə daxil edilib.

Seçilən
107
44
az.trend.az

10Mənbələr