Bu gün Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax yolunun Yeni Qızılca kəndindən keçən hissəsində ağırtonnajlı yük maşını sürücünün idarəetməsindən çıxıb. Nəticədə TIR körpünün arakəsmələrinə çırpılıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri dəqiqləşdirilir.
Yunus Quliyev