Bakıda kuryer yol qəzasında həyatını itirib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində baş verib.
29 yaşlı Mirzəfəddin Süleymanov idarə etdiyi motosikletlə yol kənarındakı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində motosikletçi hadisə yerində ölüb.