AZ

” “Zəngəzur dəhlizi”nin açılması an məsələsidir” -Politoloq

” İlham Əliyev və Nikol Paşinyan arasında Əbu Dabidə keçirilən görüş, şübhəsiz ki, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəli atılan mühüm bir addımdır. Bu cür yüksək səviyyəli birbaşa dialoqlar, tərəflər arasında etimadın qurulması və mövcud fikir ayrılıqlarının həlli üçün əsaslı bir platforma rolunu oynayır.” – bu fikirləri bu  gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu Dabidə keçirilən görüşü şərh edən politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, bu görüş heç bir vasitəçinin iştirakı   olmadan keçirilən ilk görüşdür.

“Bu görüşdə konkret məsələlər, məsələn, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması və sülh müqaviləsi üzrə danışıqların sürətləndirilməsi kimi mövzuların müzakirə olunur. Ermənistan və Azərbaycan arasında davamlı sülh, bütün Cənubi Qafqaz regionunun sabitliyi və inkişafı üçün kritik əhəmiyyət kəsb edir. Bu görüş regionda əməkdaşlıq perspektivlərini gücləndirə bilər.Təbii ki, bir görüş bütün problemləri həll etmir, lakin bu cür təmaslar sülh prosesinin davamlılığı üçün zəruri olan dinamikanı qoruyur. İrəliyə doğru atılan hər bir addım, regionda uzunmüddətli sülh və çiçəklənmə ümidlərini artırır.Bu iki ölkə arasında birbaşa təmasların atracağına ümidləri artırır. Sözsüz ki, burada əsas amil tezliklə “Zəngəzur dəhlizi”nin açılması bağlı razılığın əldə olunmasıdır. Hesab edirəm ki, bu danışıqların intensivləşməsi nəticəsində Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsi bağlanacaq və “Zəngəzur dəhlizi” açılacaq” – deyə Arzuman Muradlı bildirib.

Seçilən
13
moderator.az

1Mənbələr