AZ

Ərdoğandan vacib kadr dəyişiklikləri: Altun gedir, Duran gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vacib kadr dəyişikliyinə imza atıb.

News365.az xəbər verir ki, “Resmi Gazete”də yayımlanan məlumata əsasən, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun vəzifədən azad edilib. Onun yerinə Türkiyənin xarici işlər nazirinin müavini Burhanəddin Duran təyin olunub.

Fahrettin Altun isə prezidentin sərəncamı ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) rəhbəri təyin edilib.

Qeyd edək ki, Altun 2018-ci ildən bəri Kommunikasiya İdarəsinə rəhbərlik edirdi. Maraqlıdır ki, o vaxt bu postu da məhz Burhanəddin Duranın rəhbərlik etdiyi SETA-dan keçərək almışdı. İndi isə bu vəzifəni yenidən elə Durana təhvil verir.

Bu dəyişikliklər Ankara səhnəsində mühüm mesajlar verir və yeni dönəmin başlanğıcına işarə edir.

Seçilən
30
1
news365.az

2Mənbələr