AZ

DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakı, 10 iyul, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 9-u ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə, 224 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
3
15
azertag.az

10Mənbələr