AZ

Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar – Yunus Oğuz

İyulun  22-də Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və jurnalistikasının önəmli simalarından biri, "Olaylar" qəzeti və  Olaylar İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Yunus Oğuzun doğum günüdür. Yazıçının 65 yaşı tamam olur.  Bakı Dövlət Universitetinin professoru  Cahangir Məmmədli Yunus Oğuzu təbrik edib:

"Yunus Oğuz Azərbaycan mədəni mühitində, ədəbi-bədii mühitində və jurnalistika mühitində çox ciddi, önəmli yerlərdən birini tutan bir sənətkar, bir  yazardır. Onu çox ciddi statuslarla qiymətləndirmək, dəyərləndirmək olar.
Yunus Oğuz "Olaylar"ı yaratmaqla Azərbaycan jurnalistika sistemində çox ciddi, müstəqil bir xətt formalaşdırdı. Jurnalistika sistemimizə ədəbi məktəb səviyyəsində gətirdiyi "Olaylar" qəzeti və "Olaylar" saytı ilə bizə məlumdur. Onun rəhbərlik etdiyi bu qəzet və bu sayt, sözün həqiqi mənasında, müasir Azərbaycan jurnalistikasına  bir töhfədir.
Digər tərəfdən, Yunus Oğuz  Azərbaycan bədii fikrində, ədəbiyyatında müasir dövrdə çox önəmli yer tutan bir yazıçıdır. Əlbəttə, yazıçılarımız çoxdur, sənətkarlarımız çoxdur. Amma Yunus Oğuz bizi mövzuları ilə təmin edir. Azərbaycan tarixinin ən çətin dövrlərini özünün müxtəlif romanlarında ortaya qoyub. Onun  Azərbaycan tarixi ətrafında yazdığı romanlar bəzən o qədər təəccüb doğurur ki... Təəccüb ondadır ki, bu faktları o necə axtarır, necə tapır? Çünki o faktların çoxu - bəlkə də romanlarındakı faktların əksəriyyəti, demək olar ki, yeni faktlardır.
Faktlar bir yana, həm də Yunus Oğuz bu faktları ədəbi-bədii dildə o qədər gözəl ifadə edir ki, o əsərləri oxumamaq mümkün deyil.Ona görə də Yunus Oğuzun ədəbiyyatımıza, jurnalistikamıza gəlişi və 65 yaşı mübarək olsun". Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr