ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, erməni “Hraparak.am” onlayn-nəşri belə məlumat yayıb. “Səhər tezdən İstintaq Komitəsi və bir qrup Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşı “Daşnaksütyun” partiyasının üzvü, Milli Assambleyanın deputatı Qeqam Manukyanın evinə soxulub. Onun evində axtarış aparılır”, - məlumatda deyilir. Ermənistanın İstintaq Komitəsi hələlik rəsmi məlumat verməyib və istintaq tədbirlərinin səbəblərini açıqlamır.
Ermənistanda Karapetyanın tərəfdarları saxlnanılıb | VİDEO
Xatırladaq ki, son vaxtlar Nikol Paşinyan hökuməti Erməni Apostol kilsəsinin (AEK) rəhbərlərini və müxalifət fraksiyalarından olan bəzi deputatları dövlət çevrilişinə cəhddə günahlandıraraq, onları həbs edib. Həbs edilənlər arasında erməni əsilli rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun və “Ermənistan Elektirk Şəbəkələri (EEŞ)” şirkətinin sahibi Samvel Karapetyan da var. Karapetyanın həbsi ilə kifayətlənməyən Ermənistan hökuməti “EEŞ” şirkətini milliləşdirib. İyunun 26-da isə Ermənistanda EAK-ın yepiskopu Baqrat Qalstanyan həbs olunub. Ölkənin İstintaq Komitəsi keşişin və ondan çox başqa şəxsin hakimiyyətin zorakılıqla ələ keçirilməsi və terror aktlarının hazırlanmasında iştirak etdiyini bildirib. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.