AZ

Firdovsi Umudov BAF ın rəhbər heyətinə seçilib

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (BAF) “Məsləhət Qrupu”na üzv təyin edilib.

Təyinatla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud F.Umudovu təbrik edib. Qeyd edək ki, BAF-a üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından “Məsləhət Qrupu”na AAF rəsmisinin seçilməsi ölkə idmanımız üçün böyük nailiyyətdir. Belə ki, buna qədər Azərbaycan Avropa və dünya Ağırlıqqaldırma federasiyalarının rəsmi strukturunda heç bir nümayəndə ilə təmsil olunmayıb.

F.Umudov 2023-cü ilin sentyabrından Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir.

M.HACIXANLI XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
xalqqazeti.az

5Mənbələr