AZ

Azərbaycan və Çin Bakı Tbilisi Qars dəmir yolu xəttinin gücləndirilməsinə dair razılığa gəlib

ain.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycan və Çin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə qərar veriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Sherg.az-a verilən məlumata görə, ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandum beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafını nəzərdə tutur.

İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı–Tbilisi–Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.

Bundan başqa, tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığı dərinləşdirməyə razılaşıblar.

Bakı–Tbilisi–Qars bu hədəflər fonunda Şərqlə Qərbi birləşdirən, yüksək ötürmə qabiliyyətli strateji nəqliyyat arteriyasına çevrilməkdədir.

Qeyd edək ki, 2023-2024-cü illərdə ADY tərəfindən Orta Dəhlizin vacib seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
32
sherg.az

10Mənbələr