AZ

Rza Cəfərovun “Dinamo”ya keçidi baş tutmayıb

Azərbaycan millisinin və "Neftçi"nin qapıçısı Rza Cəfərovu Rumıniyanın "Dinamo" klubuna keçidi baş tutmayıb.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Buxarest təmsilçisi ilə "ağ-qaralar" arasındakı bütün danışıqlar nəticəsiz qalıb.

Rumınlar bu səbəbdən digər alternativlərə yönəliblər.

Qeyd edək ki, "Neftçi"nin sabiq məşqçisi Mihai Nabadan oyunçunu komandada görmək istəyib. O, hazırda "Dinamo"da məşqçi kimi fəaliyyət göstərir. Mihai Nabadan daha əvvəl "Neftçi"də baş məşqçi işləmiş Adrian Mutunun köməkçisi idi. Qapıçılarla çalışan mütəxəssis 2023-cü ilin iyulundan ilin sonunadək "ağ-qaralar"da çalışıb.

İdman.biz

Seçilən
3
1
idman.biz

2Mənbələr