AZ

“Gizli Dədə Qorqud”

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Xalq yazıçısı Kamal Abdullanın “Gizli Dədə Qorqud” kitabı çap olunub.

Monoqrafiya əvvəlki nəşrlərin ümumiləşdirici variantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr və əlavələrlə təkmilləşdirilib.

Akademik, Xalq yazıçısı Kamal Abdullanın çoxcəhətli elmi və ədəbi fəaliyyətində Dədə Qorqud dünyası xüsusi yer tutur. Daha doğrusu, Dədə Qorqud motivi Kamal Abdulla üçün keçici yox, daimi mövzudur. Elmi tədqiqat işinə “Kitabi-Dədə Qorqud”la başlayan Kamal Abdulla sonralar həm elmi fəaliyyətində, həm də bədii yaradıcılığında bu mövzuya fərqli bucaqlardan yanaşmaqla bir-birini təkrar etməyən maraqlı və əhəmiyyətli bədii əsərlər, ciddi monoqrafik tədqiqatlar meydana qoymuşdur. Belə müşahidə olunur ki, o, özünü daha çox Dədə Qorqud dünyasında tapmışdır. Dədə Qorqud dünyasında çoxlu yeni, fərqli, cəlbedici, zəruri mövzular görərək, onları özünəməxsus şəkildə yazıb cəmiyyətə çatdırmağı bir yazıçı alim kimi missiyası hesab edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr