AZ

Fəlsəfənin çağdaş həqiqət axtarışı

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru Rahid Uluselin “İlğımdan Absurda, yoxsa Gerçəkdən Həqiqətə?!” adlı yeni irihəcmli kitabı ideya konseptuallığı, mədəniyyətin və humanitar elmlərin problemlərinə yeni yanaşma cəhdi ilə seçilir.

“Elm və Təhsil” nəşriyyatında çap edilmiş kitaba müəllifin dünya, ümumtürk və Azərbaycan mədəniyyətinə dair araşdırmaları, 2020-ci il Vətən müharibəsi dövründə qələmə aldığı məqalələri, müxtəlif mövzulu polemik fəlsəfi esseləri, klassik aforizm yaradıcıları xüsusunda yazıları, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdəki (Seul, Harvard, Stokholm, Afina, Roma) çıxışları daxil edilib.

Kitabda Türk sivilizasiyasının təkamülü, müasir türk dövlətləri arasında siyasi-mədəni birliyin yaranması, İslam sivilizasiyasının yüksəliş və tənəzzül səbəbləri, sivilizasiyalararası dialoqa qlobal təhdidlərin ideoloji kökləri, Qərbin və Rusiyanın Qafqaz siyasətinə münasibətdə Azərbaycanın özünütəsdiq siyasəti, Qarabağ müharibəsindəki qələbəmizin tarixi və siyasi əhəmiyyəti, milli mədəniyyətimizin suveren dövlətçilik təfəkkürü ilə özünü dərk etməsi kimi aktual məsələlər araşdırılır.

Müəllif “Avesta”, “Tövrat”, “Quran”, “Bhaqavad Gita”, “Tao Te Çinq” kimi əski mətnləri, Platon, Aristotel, İohann Volfqanq Gete və Fridrix Nitsşenin klassik irsini, Fransua de Laroşfuko, Blez Paskal, Ralf Uoldo Emerson və Rabindranat Taqorun aforizmlərini, Oqyüst Rodenin monumental abidələrini dəyərləndirir. O, İmadəddin Nəsimi və Kuzanlı Nikolas, Məhəmməd Füzuli və Mikelancelo, Hüseyn Cavid və Cibran Xəlil Cibran kimi Şərq və Qərb klassiklərini müqayisəli təhlil edir, həmçinin, çağdaş Azərbaycan alimləri və filosoflarının, yazıçı və şairlərinin yaradıcılığını məhz dünya intellektual və ədəbi-bədii fikri kontekstində nəzərdən keçirir. Harmoniya fəlsəfəsi – bu araşdırmaların əsas metodoloji özəyi kimi çıxış edir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr