Azərbaycan idmançısı Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun ikinci günündə D qrupunda uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığmamızın üzvü Maqsud Tahirli fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
O, 3 metrlik tramplindən tullanışda bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Bununla da, Maqsud Sofiyada ikinci qızıl medalını qazanıb. Tahirli 5 metrlik platformadan tullanışda da bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.
Azərbaycan idmançıları xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
BOK-un prezidenti istefa verib
Danimarka Avropa çempionu olub
Paris-2024 mükafatçıları medalları qaytarır - SƏBƏB