AZ

36 mindən çox saxta Amazon saytı aşkarlanıb

“McAfee Labs” kibertəhlükəsizlik mütəxəssisləri “Prime Day 2025” kampaniyasından əvvəl dünya üzrə 36.000-dən çox saxta Amazon veb saytının aşkarlandığını bildirib. Bundan əlavə, rəsmi Amazon məktublarını xatırladan 75.000-dən çox saxta mesaj da müəyyən edilib.

Bu mesajların əsas məqsədi – internet istifadəçilərinin şəxsi və maliyyə məlumatlarını ələ keçirməkdir. Fırıldaqçılar artıq öz sxemlərini daha inandırıcı göstərmək üçün generativ süni intellekt texnologiyasına güvənirlər.

 

Dünya riskin fərqində deyil

 

Beş ölkədə 5.000-dən çox istehlakçı arasında aparılan sorğu göstərir ki, alman iştirakçıların yalnız 12 faizi onlayn fırıldaqları ayırd edə biləcəyindən əmindir. Eyni zamanda, 35 faizi 2024-cü illə müqayisədə bu il süni intellektlə edilən dələduzluqlardan daha çox narahat olduqlarını bildirib.

Respondentlərin 73 faizi artıq saxta mesajlar alıb. Ən çox yayılan fırıldaq üsulu – guya çatdırılması gecikmiş paketlərlə bağlı “yenilənmiş məlumat” tələb edən bildirişlərdir.

 

Süni intellekt dələduzluqları “təkmilləşdirir”

 

“McAfee” şirkətindən Vonni Geymot bildirib ki, “İnflyasiya insanların endirimli alış-verişə daha çox meylli olmasına səbəb olduqca, dələduzlar da süni intellektin köməyi ilə daha fərdi və inandırıcı aldatma üsulları hazırlayırlar”.

 

Nə etməli?

Ekspertlər “Prime Day” və digər endirim kampaniyaları ərəfəsində istifadəçilərə aşağıdakıları tövsiyə edir:

Şübhəli veb saytların ünvanlarını diqqətlə yoxlayın;

E-poçt və ya SMS-lərdəki keçidlərə klikləməyin, əvəzinə “Amazon”un rəsmi saytına daxil olun;

Çatdırılma və ya endirim mesajlarının mənbəyini yoxlamadan heç bir məlumat paylaşmayın;

Antivirus proqramı və brauzer qoruma sistemləri ilə cihazlarınızı qoruyun.

 

Unutmayın: Fırıldaqçılar tələ qurmaq üçün ən çox istədiyiniz məhsulu və fürsəti “çox real şəkildə” təqdim edə bilərlər. Amma bir klik, sizi şəxsi məlumatlarınızı itirmək riski ilə qarşı-qarşıya qoya bilər.

Seçilən
24
15
vaxt.az

10Mənbələr