AZ

Toydan 15 gün sonra gəlindən ağlasığmaz addım: ərini öldürmək üçün...

ain.az bildirir, Milli.az portalına istinadən.

Hindistanın Bihar əyalətində qadın toydan ay yarım sonra ərinin qətlini təşkil edib.

Milli.Az  bildirir ki, 25 yaşlı Guncu Devi öz istəyinə zidd olaraq evləndirilib. Toydan sonra o, əvvəllər münasibətdə olduğu əmisi Cevan Sinq ilə iki qatil tutublar. İyunun 25-də onlar Guncunun əri Priyanşunu dəmiryol vağzalından motosikletlə qayıdarkən pusquya salıblar.

Polis cinayəti törədən hər iki şəxsi saxlayıb. Dindirilmə zamanı Guncunun ailə üzvləri ziddiyyətli ifadələr verib və qadın ərinin qohumlarının evindən qaçmağa çalışıb. Telefon danışıqlarının təhlili göstərib ki, o, əmisi ilə daimi ünsiyyətdə olub. O da öz növbəsində qatillərlə əlaqə saxlayıb.

Guncu sonradan həbs edilib. Əmisi isə gizləndiyi üçün axtarışa verilib. /Lent.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
2
news.milli.az

3Mənbələr