AZ

Ərdoğan Kommunikasiya İdarəsinin rəhbərini vəzifəsindən azad edib

Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub.

Missiya.Az "Resmi Gazete"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Türkiyə liderinin digər səırəncamı ilə bu vəzifəyə xarici işlər nazirinin köməkçisi Burhanettin Duran gətirilib.

Məlumata görə, Fəxrəddin Altun isə Türkiyə İnsan Haqları Qurumuna rəhbər təyin olunub.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
16
9
missiya.az

10Mənbələr