AZ

“Kəpəz” yeni anlaşdığı legioneri geri göndərdi - SƏBƏB

"Kəpəz" yenicə anlaşdığı Vasilije Terziclə münasibətləri rəsmiləşdirə bilməyib.

Bizim.Media xəbər verir ki, 1 illik müqavilə imzalamaq üçün Azərbaycana gələn monteneqrolu yarımmüdafiəçi geri qayıdıb.
 

Buna səbəb onun tibbi baxışdan keçə bilməməsidir. Müayinə zamanı balkanlı legionerin xroniki zədədən əziyyət çəkməsi aşkarlanıb. Terzic müqavilə bağlasaydı, illik olaraq 40 min dollar qazanacaqdı. 26 yaşlı orta sahə oyunçusunun son klubu "Otrant- Olimpik" olub.


Başa çatan mövsümdə Monteneqro çempionatında 13 oyuna çıxmış Terzic karyerası ərzində vətənində "Buduçnost"un, Bosniya və Herseqovinada isə "Boras"ın formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
8
2
bizim.media

4Mənbələr