"Lion"un aşağı liqaya düşmə qərarı ləğv edildi
"Lion" klubu növbəti mövsüm Fransa çempionatının yüksək divizionunda çıxışını davam etdirəcək. Metbuat.az xəbər verir ki, bu barədə komandanın Mətbuat Xidməti açıqlama yayıb. Qeyd edək ki, "Lion" maliyyə hesabatlılığını pozması səbəbilə ikinci divizionuna göndəriləcəyi məlum olmuşdu. Daha sonra komanda Nəzarət və İdarəetmə üzrə Milli Direktorluğun qərarından apellyasiya şikayəti verib və nəticədə şikayət təmin edilib.