AZ

Dünyanın ən dar avtomobili bu məşhur markaya aiddir

İtalyan mexanik və "YouTuber" Andrea Maratsi 1993-cü il istehsalı "Fiat Panda"nı dünyanın ən dar avtomobilinə çevirib.

Milli.Az xəbər verir ki, onun "Düz Fiat" adlandırdığı avtomobilin eni cəmi 50 santimetrdir və sürücü ilə bir fara üçün nəzərdə tutulub. Maratsi bu layihəyə 12 ay sərf edib və avtomobilin 99%-i orijinal hissələrdən ibarətdir, amma mühərrik yerinə elektrik enerjisi istifadə olunur.

Avtomobilin ölçüləri: hündürlük 145 sm, uzunluq 340 sm, çəkisi 264 kq, maksimal sürəti isə 15-25 km/saat arasındadır. Bu unikal və qeyri-adi avtomobil yol hərəkəti üçün nəzərdə tutulmayıb, sadəcə maraqlı bir layihədir. Maratsi hazırda avtomobilini Ginnesin Rekordlar Kitabına daxil etdirmək üçün müraciət edir.

Asya
Milli.Az 

 

Seçilən
11
1
milli.az

2Mənbələr