AZ

Putin Lavrovun müavinini işdən çıxarıb

Rusiya prezidenti Vladimir Putin imzalanmış sərəncamda qeyd edildiyi kimi, Mixail Boqdanovu Rusiya xarici işlər nazirinin müavini vəzifəsindən azad edib...

Poliqon bu barədə Lenta.ru nəşrinə istinadən xəbər verir.

Digər fərmanla Boqdanov Prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edilib. Hər iki sənəd imzalanandan dərhal sonra - iyulun 9-da qüvvəyə minib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Mixail Boqdanov Yaxın Şərq və Afrika dövlətləri ilə əlaqələrə, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müsəlman təşkilatları ilə əməkdaşlığa, həmçinin Suriya nizamlanması məsələlərinə nəzarət edib. 1974-cü ildən diplomatik xidmətdə işləyir, 2011-ci ilin iyunundan nazir müavini, 2012-ci ilin yanvarından (Afrika ölkələri üzrə - 2014-cü ilin oktyabrından) Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi olub.

İyun ayında Boqdanov İsrailin İranın nüvə obyektlərinə zərbələri ilə bağlı radiasiya təhlükəsi barədə xəbərdarlıq etmişdi. Aprel ayında o, Yaxın Şərqdəki vəziyyətlə bağlı Türkiyə ilə məsləhətləşmələrdə iştirak edib.

Poliqon.info 

Seçilən
32
poliqon.info

1Mənbələr