AZ

Rusiyalı basketbolçu Fransada saxlanılıb

Rusiyalı basketbolçu Daniil Kasatkin ABŞ-ın tələbi ilə Fransada saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

26 yaşlı Kasatkin ABŞ-ın tələbi ilə iyunun 21-də Fransada saxlanılıb. Amerikalılar idmançının fidyə proqramından istifadə edən haker şəbəkəsinin bir hissəsi olduğundan şübhələnirlər. İdmançının özü isə bütün ittihamları rədd edir.

Basketbolçu Paris hava limanında həbs edilib. O, bu yaxınlarda evlilik təklifi etdiyi nişanlısı ilə ölkəyə gəlib. Rusiyalı hazırda ekstradisiyanı gözləyir.

Keçən mövsüm Kasatkin VTB Birləşmiş Liqasında MBA-MAI üçün 45 oyun keçirib və hər oyunda orta hesabla altı xal toplayıb.

Poliqon.info 

Seçilən
32
3
poliqon.info

10Mənbələr