AZ

Klublararası dünya çempionatı: "Çelsi"nin finalda rəqibi məlum oldu

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında ikinci yarımfinal görüşü keçirilib.

Teleqraf xəbər verir ki, Nyu Cersi ştatının İst Raterford şəhərindəki "Metlayf" stadionunda Fransanın PSJ və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gəlib.

Polşalı baş hakim Şimon Marçinyakın idarə etdiyi qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Bütün qollar ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə Fabian Ruis açıb. 9-cu dəqiqədə Usman Dembele fərqi artırıb. 24-cü dəqiqədə Ruis özünün ikinci, komandasının üçüncü qolunu vurub. Matçda son nöqtəni 88-ci dəqiqədə Qonsalu Ramuş qoyub.

Beləliklə, iyulun 13-də elə bu arenada baş tutacaq final matçında PSJ və İngiltərənin "Çelsi" komandaları görüşəcək. "Zadəganlar" birinci yarımfinalda Braziliya "Fluminense"sini üstələyib - 2:0.

Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" Konfrans Liqasının qalibi olub.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr