AZ

Dolları olanların nəzərinə

Bəzən vətəndaşların əllərində cırılmış, köhnəlmiş və ya zədələnmiş dollar və ya başqa xarici valyutalar olur. Bu kimi hallarda həmin vəsaitin dəyişdirilməsi lazım gəlir. Bəs belə pulları necə dəyişmək olur? İqtisadçı Fuad İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, zədələnmiş xarici valyutanın dəyişdirilməsi üçün vətəndaşlar Mərkəzi Banka və ya istənilən kommersiya bankına yaxınlaşa bilərlər. O deyib ki, bu halda bank əməkdaşları dəymiş ziyanı müəyyən edir və faiz çıxmaqla dəyişirlər: “Çünki bu, milli manat deyil ki, banklarda depoda saxlanılan yeni əskinasla əvəz edilsin və köhnəsi utilizasiyaya göndərilsin. Cırılmış və ya başqa formada yararsız hala düşmüş xarici valyutalar sonradan müvafiq qaydada toplanaraq xaricdə utilizasiya olunur. Bu proses isə kifayət qədər böyük xərc tələb edir. Bu baxımdan, həm kommersiya bankları, həm də Mərkəzi Bank qarşılıqlı razılaşma əsasında həmin valyutanı müəyyən faiz çıxmaqla dəyişir və ya dəyişməmək hüququna malikdir”. F.İbrahimov qeyd edib ki, əsasən həmin dövlətin valyutası olan yerlərdə bunu asanlıqla dəyişmək mümkündür”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
12
1
metbuat.az

2Mənbələr