ain.az bildirir, Metbuat saytına əsaslanaraq.
ABŞ-də süni intellekt vasitəsilə dövlət katibi Marko Rubionun səsi və şəxsiyyəti təqlid edilərək mesajlar göndərilib.
Metbuat.az xəbər verir ki, bu cəhdin məlumat sızdırmaq cəhdi olduğu irəli sürülür. Məlumata görə, Rubio kimi çıxış edən şəxs, müxtəlif dövlət katiblərinə, qubernatora və Konqres üzvünə mesajlar göndərmək üçün süni intellektlə işləyən proqram təminatından istifadə edib.
Rubionun ofisindən Dövlət Departamentinin əməkdaşlarına göndərilən memorandumda deyilir ki, bu cəhdin məqsədi məmurlardan məlumat və ya hesaba giriş əldə etmək olub. Dövlət Departamenti insidentlə bağlı araşdırmalara başlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.