AZ

Qabriel Hayntse “Arsenal”ın məşqçilər qərargahına qoşuldu

Ötənlərin məşhur futbolçusu, 47 yaşlı argentinalı mütəxəssis Qabriel Hayntse “Arsenal”ın məşqçilər qərargahına qoşulub.

Arena.az bu barədə “Arsenal”ın rəsmi saytına istinadən məlumat verir.

Hayntse “topçular”ın baş məşqçisi, 43 yaşlı ispan mütəxəssis Mikel Artetanın köməkçisi vəzifəsinə təyinat alıb.

Mərkəz müdafiəçisi Qabriel Hayntse “Nyuells Old Boyz”un məzunudur. Futbolçu karyerası ərzində Hayntse “Valyadolid”, “Sportinq” (Lissabon), PSJ, “Mançester Yunayted”, “Real”, “Olimpik” (Marsel) və “Roma”da çıxış edib. Argentinalı müdafiəçi futbolçu karyerasına 2014-cü ildə doğma klubu “Nyuells Old Boyz”da xitam verib.

2015-ci ildə isə Hayntse “Qodoy-Kurs”un sükanı arxasında məşqçiliyə başlayıb. Argentinalı mütəxəssis “Arxentinos Xuniors”, “Veles Sarsfild”, “Atlanta Yunayted” və “Nyuells Old Boyz”u çalışdrıb.

Xatırladaq ki, Hayntse 2023-cü ildə doğma komandasının sükanı arxasından ayrıldıqdan sonra işsiz idi.

Seçilən
97
arena.az

1Mənbələr