AZ

İsveç millisinin üzvü Premyer Liqa klubunda

style='margin-bottom:10px;'>

İngiltərənin "Lids" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Premyer Liqaya yüksələn komanda "Lill"dən Qabriel Gudmundssonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Lids" isveçli müdafiəçi üçün Fransa klubuna 11 milyon avro təzminat ödəyəcək. 26 yaşlı  futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, İsveç millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

Seçilən
9
4
teleqraf.com

5Mənbələr