AZ

​"Napoli" "Qalatasaray"ın təklifinə cavab verdi

"Napoli" "Qalatasaray"ın Viktor Osimhen barədə təklifinə cavab verib. Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçunun 75 milyon avroluq sərbəst qalma pulunu ödəməyə razılıq verib. Türkiyə klubu bu məbləği 5 dəfəyə ödəmək istəyir. "La Gazzetta dello Sport"da yer alan xəbərə görə, "Napoli" məbləği birdəfəlik istəyir. Tərəflər arasında danışıqlar davam edir. İddialara görə, “Napoli” məbləğin iki dəfəyə ödənilməsinə razılıq verə bilər. Bildirilir ki, "Qalatasaray" artıq Osimhenlə anlaşıb.

Futbolçuya 4 illik müqavilə, illik 16 milyon avro maaş və sponsorluq gəlirləri ilə daha da artacaq müqavilə təklif edilib.

Seçilən
24
1
metbuat.az

4Mənbələr