“Yuventus”un və İtaliya millisinin sabiq futbolçusu Corco Kyellini klub sahibi olub.
QOL.az xəbər verir ki, o, “Los Anceles” klubunun səhmlərinə şərik olub. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Kyellini eyni zamanda “Yuventus” klubunda beynəlxalq əlaqələr və skautinq şöbəsinin rəhbəridir.
Xatırladaq ki, Kyellini futbolçu kimi 2022-2024-cü illərdə “Los Anceles”in formasını geyinib