Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.
Publika.az xəbər verir ki, sözügedən situasiya ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:
"Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".