AZ

Bakıda “28 Mall”un qarşısındakı təhlükəsizlik adacığında “kiosk” sahibi gül satdırır –FOTO

Uzun müddətdir paytaxtdakı bəzi köşklərin səkiləri qanunsuz şəkildə özəlləşdirmələri ilə bağlı xəbər dərc edirik. Nəticədə, həmin “kiosk”lar ya cərimələnir, ya da səki zəbtlərinin qarşısı alınır.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonundakı köşk isə artıq səkini zəbt etməklə də yetinməyib.

Belə ki, sahibkar köşkün ətrafına soyuducuları səkini zəbt edəcək şəkildə düzməklə yanaşı, üstəlik artıq yolu da zəbt etməyə başlayıb. Rayonun Azadlıq prospekti, “28 Mall”un qarşısındakı bu köşkün sahibi 14 nömrəli marşrut avtbusunun yolunun tam üstündə - təhlükəsizlik adacağında gül satır.

Köşklə bağlı ötən həftələrdə də soyuducularının vətəndaşların hərəkətinə maneə yaratdığı ilə bağlı xəbər dərc etmişdik. Bu gün isə həmin köşk artıq qanunsuz səki zəbti fəaliyyətini daha da genişləndirib.

Sosial şəbəkələrdə vətəndaşlar aidiyyəti qurumlardan belə sahibkarların qanunsuz əməllərinə son qoyulmasını tələb edib.

Səfər

Seçilən
6
1
avtosfer.az

2Mənbələr