AZ

Moskvanı bombalayacam -

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Ukraynaya hücumdan çəkindirmək üçün Moskvanı bombalayacağı ilə hədələyib. Metbuat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. İddialara görə, Tramp bu bəyanatı 2024-cü il kampaniyası çərçivəsində Nyu-York və Florida ştatlarında maliyyə toplama tədbirlərində keçirdiyi şəxsi söhbətlərdə səsləndirib. Səs yazılarında Trampın "Mən Putinə dedim ki, Ukraynanı işğal etsən, Moskvanı yerlə bir edənə qədər bombalayacam. Başqa seçimim yoxdur. Mənə inanmadığını dedi, amma məncə, təxminən 10 faiz inandı” - dediyi iddia edilir.

Tramp Tayvanla bağlı Çin sədri Si Cinpinə də xəbərdarlıq etdiyini deyərək, “Mən ona dedim ki, Tayvana hücum etsəniz, Pekini bombalayacağıq” - deyə ifadə edib.

Seçilən
16
1
metbuat.az

2Mənbələr