AZ

“Onların təhlükəli tərəflərini bilirik” – “Çelye”nin futbolçusu

“Çelye”nin futbolçusu Mark Zabukovnik Avropa Liqasının I təsnifat mərhələsində sabah “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

“Komandamızda yeni oyunçular var. Onlar toplanışa bir az gec qoşulsa da, qısa müddətdən yaxşı istifadə etdik. Komandada atmosfer yaxşıdır. Sabahkı matça hazırıq. Rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız olub. Onların təhlükəli tərəflərini bilirik”.

“Sabah” – “Çelye” oyunu saat 20:00-da start götürəcək.

Seçilən
29
futbolpress.az

1Mənbələr