AZ

Bakıda keçiriləcək Avropa Atletikası CEO Konsfransı ilə bağlı görüş baş tutub

Avropa Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə 2026-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Atletikası CEO Konsfransı ilə bağlı görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüş Avropa Atletikasının əməkdaşları ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov arasında baş tutub.

Toplantında AAF-ın vitse-prezidenti Könül Nurullayeva, baş katibi Məhərrəm Sultanzadə, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov və mütəxəssisi Brandon İsakov da iştirak ediblər.

Federasiya prezidenti Cavid Qurbanov konfransın ən yüksək səviyyədə keçirilməsi üçün lazımi dəstəyin göstəriləcəyini bildirib. 

Görüşdə təşkilati məsələlər üzrə müzakirə edilib və konfrans zamanı istifadə ediləcək məkanlara baxış keçirilib.

Azərbaycanda ilk dəfə: Aquatlon üzrə ölkə çempionatı

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazanıb

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib

Atletika üzrə Bakı birinciliyi keçiriləcək

Millimizin hazırlıq planı bəlli oldu

Seçilən
12
2
apasport.az

3Mənbələr