AZ

Ermənistanda Rusiya mediasına qarşı sərt etiraz: Telekanallar və “Sputnik Ermənistan” hədəfdə

Ermənistanda Rusiya informasiya vasitələrinə qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasını və “Sputnik Ermənistan” agentliyinin bağlanmasını tələb ediblər.

Musavat.com xəbər verir ki, aksiya Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin qarşısında baş tutub. Etirazı “Respublika naminə” partiyası təşkil edib. Partiya rəhbərliyi Rusiya KİV-lərini Ermənistan əleyhinə təbliğat yaymaqda ittiham edib.

Partiya lideri Arman Babacanyan çıxışında bildirib ki, Rusiya kanalları Ermənistanı hədəf alan təhqiramiz və qərəzli informasiyalar yayımlayır, bu isə ölkənin informasiya təhlükəsizliyinə təhdiddir. Onun sözlərinə görə, bu kanalların ictimai yayımdan çıxarılması artıq zərurətə çevrilib. Partiya sədrinin müavini Ruben Meqrabyan isə əlavə edib ki, “Sputnik Ermənistan” da ölkədə dezinformasiyanın yayılmasında rol oynayır və onun fəaliyyəti dayandırılmalıdır.

Etirazçılar “Rusiya təbliğatına son!”, “Təhqirə yox, azad mediaya bəli!”, “Sputnik bağlansın!” və s. şüarlarla çıxış ediblər.

Musavat.com

 

Seçilən
17
musavat.com

1Mənbələr