AZ

Aşıq Əhliman insult keçirib? - Ailəsindən açıqlama+Yenilənib

Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimov insult keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qaynarinfo”ya açıqlamasında Aşıq Ağamurad İsrafilov deyib.

O, aşığın səhhətinin ağır olduğunu bildirib: “Dili tutulub, danışa bilmir. Bu yaxınlarda onun 70 illiyi ilə bağlı veriliş hazırlanırdı. Onun haqqında həyat yoldaşı danışdı. Müalicələr aparılır, ümid Allahadır”.

Xatırladaq ki, Aşıq Əhliman bir neçə il əvvəl insult keçirmişdi. Onun ardınca isə açıq ürək əməliyyatı olunub.

***

Aşıq Əhliman Rəhimovun sağlamlıq durumu ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri oxu.az-a açıqlamasında Ə.Rəhimovun qızı Nəzrin Rəhimova bildirib.

O qeyd edib ki, atası sonuncu dəfə 10 il əvvəl insult keçirib və hazırda vəziyyəti yaxşıdır.

Seçilən
37
5
qafqazinfo.az

10Mənbələr