AZ

Rusiya Azərbaycanın iki şirkətinə qadağa qoydu

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") iyulun 11-dən etibarən Azərbaycanın iki istehsalçısından süd idxalına qadağa qoyub.

Modern.az bu barədə Xidmətin saytına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan istehsalçıları olan "ALLBUY" MMC və "MILK PRODUCTS" MMC-dən bütün növ süd məhsullarının idxalı qadağan edilib.

Qərarın Azərbaycan müəssisələrinin Rusiya tərəfinin yoxlamalarını qəbul etməkdən imtina etməsi və onların öz məhsullarını gələcəkdə Rusiyaya tədarük etməkdə maraqlı olmaması ilə bağlı olduğu iddia edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
3
modern.az

9Mənbələr