AZ

Abşeron rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimetmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda “Qərbi Azərbaycan İrsi: Ermənistandaazərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydadadağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dairhesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimikeçirilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdəQərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan DövlətPedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru,professor Mahirə Hüseynova, Rayon İcra Hakimiyyətinin başçısı AbdinFərzəliyev, millət vəkili Nigar Məmmədova, MühəndislikUniversitetinin rektoru Yaqub Piriyev, YAP Abşeron rayontəşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimaiŞuranın və Abşeron Ağsaqqallar Şurasının sədrləri, idarə vətəşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları vərayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsiönünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramlayad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin,vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “QərbiAzərbaycan İrsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayişolunub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetininrektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü,filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib ki,azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasdiyasınahüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindənverilib. Qeyd edilib ki, Ulu Öndərin “1948-1953-cü illərdəazərbaycanlıların Ermənistan SSRİ ərazisindən, tarixi-etniktorpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyə maliksənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ NazirlərSovetinin müvafiq qərarlarına əsasən Azərbaycan xalqına qarşınövbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktının həyatakeçirilməsi nəticəsində 150 mindən çox azərbaycanlı kütləvi şəkildəşəkildə və zorakılıqla sürgünə məruz qalıb.

Sonra millət vəkili Nigar Məmmədova Azərbayvan RespublikasınınPrezidenti İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbnaycandan olanbir qrup ziyalı ilə keçirdiyi görüşü xatırladıb. Bu görüşdədövlətimizin başçısı bildirib ki,Vətən Müharibəsindəki tarixiqələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdənbiri məhz Qərbi AZərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın özyurdlarına qayıtması məsələsidir. Çünki Qərbi azərbaycanlılarqanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalıblar. Onlarınhüquqları bərpa edilməli və onlar öz torpaqlarınaqayıtmalıdırlar.

Sonra Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı,Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Təhminə Vəliyevaçıxış edərək bildirib ki, özü və həyat yoldaşı QərbiAzərbaycandandırlar. Atasının və həyat yoldaşının sözügedəndeportasiyadan əziyyət çəkdiklərini vurğulayan T.Vəliyeva qeyd edibki, onların həmişə ən böyük arzuları həm Qarabağı azad görmək, həmdə Qərbi Azərbaycana qayıtmaq, oraları yenidən görmək olub.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı AbdinFərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi,diplomatik gücü və hərbi səfərbərlik bacarığı, o cümlədən ordumuzunşücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük VərtənMüharibəsində xalqımız şanlı qələbə qazandı. Qeyd edilib ki,Azərbaycanın tarixi ədaləti bərpa etdikdən sonra respublikamızınərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bundan sonraxalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan QərbiAzərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına qaytarılması,onların hüquqlarının bərpasıdır.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru,Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, filologiya elmləridoktoru, professor Mahirə Hüseynovaya Abşeron RİH-nin Fəxri Fərmanıtəqdim edilib. O cümlədən, Vətən Müharibəsi şəhidi Xəqani Əsgərovunövladı Ahu Əsgərova doğum günü ilə əlaqədar təbrik edilib.

Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Seçilən
25
12
az.trend.az

10Mənbələr