AZ

Araz Naxçıvan Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”la üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
15
bakivaxti.az

10Mənbələr