Fransa prezidenti Emmanuel Makronla həyat yoldaşı Brijit Makron arasında yaşanan gərginlik növbəti dəfə kameralara tuş gəlib. Fransa lideri Britaniyaya səfəri zamanı həyat yoldaşı Brijit tərəfindən görməməzlikdən gəlinib.
Makron nəzakətlə əlini təyyarədən enən arvadı Brijitə uzadıb, lakin Brijit ərinin əlindən tutmaq əvəzinə pilləkənlərin məhəccərindən yapışmağa üstünlük verib. Makronun uzadılmış əli isə havada qalıb və o, utanaraq əlini geri çəkib. Bir neçə dəqiqə sonra Makron cütlüyü hava limanını tərk etmək avtomobilə miniblər. Cütlük arasındakı soyuqluq avtomobildə də hiss olunub. Brijit yanında əyləşən Makrona əhəmiyyət verməyərək, çantasından çıxardığı telefonuna baxmağa başlayıb. Bu görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Bu hadisə may ayında Vyetnamda Brijit Makronun təyyarənin qapısında ərinə iki dəfə şillə vurması ilə bağlı görüntülərdən sonra baş verib. Həmin görüntülər Fransada böyük səs-küyə səbəb olub, “Le Parisien” qəzeti hadisəni “Şillə, yoxsa mübahisə?” başlığı ilə dərc edib. Prezident Makron isə hadisəni “zarafat” adlandırıb.
TAHİR