AZ

Bu ölkədə istilər 7 nəfərin ölümünə səbəb oldu

Cənubi Koreyada mayın 15-dən etibarən davam edən həddindən artıq istilər 7 nəfərin ölümünə gətirib çıxarıb.


Manset.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) mayın 15-dən bəri istilik vurması səbəbindən 1228 nəfərin xəstəxanalara müraciət etdiyini açıqlayıb.

Agentlik bildirir ki, ötən ilin eyni dövründə istidən ölənlərin sayı 3 nəfər olub. Həddindən artıq istilər nəticəsində dünən isə 238 nəfər təcili yardım xidmətlərinə müraciət edib.

Havanın temperaturu Cənubi Koreyanın Paju şəhərində 40,1 dərəcəyə, Qvanqmyonqda isə 40,2 dərəcəyə çatıb.

Seçilən
9
1
manset.az

2Mənbələr