AZ

“Sabah” – “Selye” oyununa 5000 bilet satılıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Sabah” və Sloveniyanın “Selye” komandaları arasında keçiriləcək ilk oyun üçün satılmış biletlərin sayı açıqlanıb.

Msport.az xəbər verir ki, hələlik 5000 bilet satılıb.

Bilet satışı qarşılaşma başlayanədək davam edəcək.

Qeyd edək ki, ilk oyun iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü isə iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Seçilən
16
1
msport.az

2Mənbələr