AZ

Zaxarova Finlandiya prezidenti Stubba Suvorovun çıxışından sitat gətirərək cavab verib- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Finlandiya Prezidenti Aleksander Stubbun Rusiya və rusların əzaba və ağrılara dözmək bacarığı ilə bağlı sözlərinə məşhur sərkərdə Aleksandr Suvorovun sitatı ilə cavab verib.

Olaylar xəbər verir ki,söhbət 1799-cu ilin payızında Müqəddəs İosif qadın fransiskan monastırının yeməkxanasında Suvorovun söylədiyi sözlərdən gedir. Zaxarovanın xatırlatdığı kimi, onun "geri çəkilmək - ayıbdır, bu, geriyə getmək deməkdir, biz - ruslar və mən - heç vaxt geri çəkilməmişik" fikri knyaz Pyotr Baqratyonun rəvayətində yer alır.

"Ona görə də bu dəfə Stubb haqlıdır. Həqiqətən də bu, bizim tariximizdə var, bu, bizim qanımızdadır, bu, bizim həyat fəlsəfəmizdir", - deyə diplomat yekunlaşdırıb.

Bundan əvvəl isə Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov bildirmişdi ki, Stubb rusofobiya ilə yoluxub və reallığı adekvat şəkildə qiymətləndirmək qabiliyyətinə malik deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr