“Mançester Yunayted”in yeni transferi Mateus Kunya nömrə seçimini edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu komandada 10 nömrəli formanı geyinəcək.
Komandanın “10 nömrəsi” bundan öncə Markus Reşford idi. İngilis futbolçunun klubdan ayrılacağı gözlənilir.