AZ

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”yə hazırlaşır

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Cüdo üzrə Azərbaycan yığması dünya çempionatından sonra ilk reytinqli turnirə hazırlaşır.

İdman.biz xəbər verir ki, kişilərdən ibarət komanda Ulan-Batorda keçiriləcək Dünya Cüdo Turu mərhələsinə yollanacaq.

Monqolustanın paytaxtında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Elşən Əsədovun (66 kq) mübarizə aparacağı "Böyük Dəbilqə" turniri olacaq.

Qeyd edək ki, iyulun 25-27-də keçiriləcək yarışa 27 ölkədən cüdoçuların qatılacağı gözlənilir. İştirakçıların ümumi sayı isə 188 nəfərdir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
icma.az

2Mənbələr