AZ

“Özgür bəy, daha çox rüsvay olacaqsan...” Ərdoğan CHP sədrini tənqid etdi + VİDEO

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantısında çıxış edib.

Ərdoğan CHP lideri Özgür Özələ və müxalifət partiyasına qarşı sərt ittihamlar səsləndirib. 

Türkiyə lideri CHP-li bələdiyyələrdə rüşvət və korrupsiya iddialarına toxunaraq, Manavqat Bələdiyyəsində paxlava qutularından tapılan pullardan da söz açıb.

“Əllərini atdıqları hər şeyi çirkləndirdikləri kimi, bu dəfə də ölkəmizin ən məşhur simvollarından biri olan paxlavanı ləkələdilər. CHP düşüncəsinin ən son qurbanı paxlava oldu. Paxlava qutusu içində 110 min avro rüşvət alındığına dair yayılan görüntülər inkar edilə bilməz. İstər çamadan da, istər paxlava qutusunda olsun, rüşvət almısınızsa, hakim qarşısına çıxıb hesab verəcəksiniz", – deyə o bildirib.

CHP lideri Özgür Özələ birbaşa səslənən Ərdoğan daha sonra deyib:"Özgür bəy, daha çox şok olacaqsan, ən sonunda isə rüsvay olacaqsan. Oturduğu kürsünü doldura bilmir, gah qışqırır, gah əl-qol hərəkətləri edir, sonra da çıxıb gedir. Tutarlılığı yox, məntiqi  yox. Millət isə onu izləyib sadəcə gülür. CHP öz içindəki rüşvətçiyə göz yumsa da, dövlətin qurumları belə davranmaz. Hər qəpiyin, hər rüşvətin hesabı soruşulacaq. Biz də bu prosesin üzərində duracağıq".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
azpolitika.info

1Mənbələr