AZ

Aİ-nin Gürcüstanla bağlı siyasəti müzakirə olunacaq – ÖZƏL

İyulun 15-də Avropa İttifaqı Şurasında Gürcüstanla bağlı siyasətə dair mühüm müzakirə keçiriləcək. 

Olaylar.az xəbər verir ki, bu barədə "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Salome Samadaşvili bəyanat verib.

O bildirib ki, bu tarixi müzakirə ərəfəsində Avropa İttifaqının Gürcüstandakı "İvanishvili rejimini" qeyri-legitim kimi tanıması, bu rejimə qarşı sanksiyaların tətbiqi və gürcü xalqına daha çox dəstək verilməsi son dərəcə vacibdir.

Samadaşvilinin sözlərinə görə, Avropa Parlamenti tərəfindən müzakirəyə çıxarılan və bu gün qəbul olunması gözlənilən qətnamə açıq şəkildə göstərir ki, əgər Gürcüstanda siyasi dəyişikliklər baş verməzsə və yeni parlament seçkiləri keçirilməzsə, ölkəni yalnız Aİ-yə üzvlük prosesinin dondurulması deyil, eyni zamanda viza rejiminin ləğvi təhlükəsi də gözləyir.

"Bu sənəd artıq 'Gürcü Arzusu' partiyasının tərəfdarlarının bir hissəsi üçün belə təhlükənin real olduğunu göstərir. Bu, Gürcüstanın Avropa gələcəyinə inanların hamısı üçün diqqətlə oxunmalı olan mühüm siyasi sənəddir", - deyə Samadaşvili vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr