AZ

Rekord istilər can alır – ŞOK STATİSTİKA

Avropada davam edən anormal istilər insan həyatını təhlükəyə atmağa davam edir. Bir neçə ölkədə havanın temperaturu rekord həddə çatıb.

Yenisabah.az xəbər verir ki, Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin  hesabatına görə, yalnız yay aylarında qeydə alınan ekstremal istilər nəticəsində 2 min 300 nəfər həyatını itirib.

Ən çox ölüm halları İtaliya, İspaniya və Portuqaliyada baş verib. Mütəxəssislər xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanların risk altında olduğunu bildirirlər. İstilərlə yanaşı, meşə yanğınlarının və su qıtlığının da artması müşahidə olunur. pizza sifarişi

Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizəni sürətləndirməyə çağırır.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
19
3
yenisabah.az

4Mənbələr