AZ

“Hüquq və İnsan Haqları İnstitutu” elmi-praktiki kommentariyanın təqdimatını keçirib (FOTO)

Bakl.Trend:

İyulun 8-də “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqişəxs (İnstitut) “Həbs yerlərində saxlanılan şəxslərin hüquq vəazadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan RespublikasınınQanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatınıkeçirib.

Bu barədə Trend-ə “Hüquq və İnsan Haqları İnstitutu" dan məlumatverilib.

Tədbirin açılışında İnstitutun İdarə Heyətinin sədri MəhəmmədQuluzadə çıxış edərək bildirib ki, ölkəmizdə insan hüquq vəazadlıqları sahəsində maarifləndirmə İnstitutun qarşısında duranəsas prioritetlərdən biridir. Bu istiqamətdə atılan addımlardanbiri kimi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq vəazadlıqlarının təmin edilməsi haqqında” Qanunun 50 maddəsi İnstituttərəfindən şərh olunaraq praktiki vəsait kimi hazırlanıb. O, qeydedib ki, bu şərh həbsdə olan şəxslərin hüquqlarının qorunmasısahəsində mövcud hüquqi mexanizmlərin daha dolğun anlaşılmasına vəbeynəlxalq standartlarla uzlaşan hüquqi təcrübənin formalaşmasınaxidmət edəcək. Sədr, eyni zamanda, İnstitutun son illərdə hüquqicması və geniş əhali üçün hazırladığı müxtəlif məhsullar (virtualkitabxana, məqalə və hüquqşünas alimlərin bazası, PASS Platformasıvə s.) barədə ətraflı məlumat verib.

Sonra çıxış edən Azərbaycan Respublikası Ədliyyə NazirliyiPenitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinqidarəsinin rəisi, ədliyyə polkovniki Vüqar Abışov bildirib ki,Penitensiar Xidmət insan hüquqlarının müdafiəsi və beynəlxalqstandartların tətbiqinə, eləcə də hüquqi maarifləndirməyə xüsusiönəm verir. Xidmət əməkdaşlarının hüquqi biliklərinin artırılması,təlimlərin mütəmadi keçirilməsi və onların hüquqi ədəbiyyatlatəminatı daim diqqət mərkəzində saxlanılır. O, İnstitutun da buistiqamətdə apardığı məqsədyönlü fəaliyyəti, xüsusilə bu cür önəmlimövzuda nəşrin hazırlanaraq peşəkar auditoriyaya təqdim olunmasınıtəqdirəlayiq hesab edib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova isəçıxışında Kommentariya barədə ətraflı məlumat verib, şərhinbeynəlxalq sənədlərə və məhkəmə qərarlarına əsaslandığını, həmçininkitabda azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarına hörmətvə müvafiq beynəlxalq standartların əsas götürüldüyünüvurğulayıb.

Təqdimatda iştirakçıların Kommentariyada qaldırılan məsələlərətrafında apardıqları müzakirələr mövzunun daha geniş və əhatəlişəkildə anlaşılmasına imkan yaradıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfəddin İbayevinredaktorluğu ilə hazırlanan 625 səhifəlik bu kitab PenitensiarXidmət əməkdaşları, vəkillər, hüquq-mühafizə orqanlarınınəməkdaşları, hüquqşünaslar və ali məktəblərin hüquq fakültələrinintələbələri üçün çox faydalı bir vəsaitdir.

Tədbirdə Milli Məclisin deputatları, müxtəlif dövlətqurumlarının nümayəndələri, hüquqşünas alimlər və qeyri-hökuməttəşkilatlarının təmsilçiləri də iştirak ediblər.

“Hüquq
“Hüquq
“Hüquq
“Hüquq
“Hüquq
“Hüquq
“Hüquq
“Hüquq
“Hüquq
Məqalədə:
Seçilən
67
7
az.trend.az

8Mənbələr